Mirzayev&Partners
    18 İyul
    Baku
    23°

İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir

Azərbaycanda xüsusi notarius işləmiş şəxs tərəfindən notariat hərəkətləri barədə sənədlərin dövlət notariat arxivinə təhvil verilməməsinə görə cəza müəyyənləşib.

E-huquq.az xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir.

Dəyişikliklə məcəlləyə 391-1 (Xüsusi notarius işləmiş şəxs tərəfindən notariat hərəkətləri barədə sənədlərin dövlət notariat arxivinə təhvil verilməməsi) maddəsi əlavə olunur.

Yeni maddəyə əsasən, fəaliyyətinə xitam verilən xüsusi notarius tərəfindən aparılan notariat hərəkətləri barədə sənədlərin 1 ay müddətində dövlət notariat arxivinə təhvil verilməməsinə görə 300 manatdan 500 manatadək məbləğdə cərimə nəzərdə tutulur.

Milli Məclisin bugünkü iclasında Məcəlləyə dəyişiklik müzakirələrdən sonra I oxunuşda qəbul edilib.

Mənbə: APA