Mirzayev&Partners
    17 İyul
    Baku
    23°

“İnterpol”un sabiq rəhbərinin həyat yoldaşı təşkilatı məhkəməyə verib

Çində rüşvət almaqda ittiham olunan “İnterpol”un sabiq rəhbəri Men Xunveyanın həyat yoldaşı Qreys Men təşkilatı məhkəməyə verib.

E-huquq.az “South China Morning Post” nəşrinə istinadən verdiyi məlumata görə, Q.Men “İnterpol”u M.Xunveyanı müdafiə edə bilməməkdə və ailəsinə kömək etməməkdə, Çinin beynəlxalq hüquqa zidd fəaliyyətinin iştirakçısı olmaqda ittiham edir.

Həmçinin Q.Men “İnterpol”un məhkəməyə müraciət etməməsi üçün təzyiq göstərməyə çalışdığını da bildirib

“İnterpol” isə tərəflərə məhkəmə araşdırmasının konfidensiallığını qorumalı olduqlarını açıqlayıb.

Qeyd edək ki, “İnterpol”un sabiq rəhbərinin həyat yoldaşı və iki övladı  mayın 2-də Fransada siyasi sığınacaq alıb.

Xatırladaq ki, ötən il sentyabrın 29-dan sonra Çində olan M.Xunveya ilə əlaqə kəsilib və Fransa hüquq-mühafizə orqanları araşdırmalara başlayıblar. Çin hakimiyyəti isə bəyan edib ki, M.Xunveya rüşvət almaqda şübhəli sayıldığı üçün saxlanılıb. M.Xunveya bu il iyunun 20-də məhkəmədə 2 milyon dollar rüşvət aldığını etiraf edib.