Mirzayev&Partners
    19 İyul
    Baku
    23°

İnterpolun həbs etdiyi Azərbaycan vətəndaşına hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Müşvid Mürsəlovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

E-huquq.az-ın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə hökmü ilə M.Mürsəlov 11 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 1966-cı ildə Sumqayıt şəhərində anadan olmuş Mürsəlov Müşvid Daşdəmir oğlu soyğunçuluqda təqsirləndirilib. O, Azərbaycan hüdudlarından qaçaraq istintaqdan yayınıb. İnterpol xətti ilə axtarışa verilib. M. Mürsəlov saxlanaraq Azərbaycana təhvil verilib. Cinayət işi üzrə Vəli Əmirov, Rahim Muradov, Afərin Cavadova və bir ailənin 3 üzvü Rübabə Xudiyeva, Qorxam Xudiyev və Qətibə Xudiyeva zərərçəkmiş şəxs qismində tanınıb.