Həkimlərin və pasiyentlərin hüquqlarının qorunması ilə bağlı yeni qanun layihəsi hazırlanıb

“Bir neçə gün öncə, Bərdədə təcili yardımın işçilərinə zorakılıq olub. Bu, səhiyyə işçilərinə çox mənfi psixoloji təsir bağışlayır”.

E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclasında “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi deputat Rəşad Mahmudov bildirib.

Onun sözlərinə görə, iş başında təcili tibb yardım işçilərinə zorakılığın polis əməkdaşına, dövlət məmuruna edilən zorakılıq kimi qiymətləndirilməlidir.

Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov isə deyib ki, həkimlərin və pasiyentlərin hüquqlarının qorunması ilə bağlı yeni qanun layihəsi hazırlanıb. 

O, bu layihənin yaxın günlərdə müzakirəyə çıxarılacağını söyləyib: “Rəşad Mahmudovun dediyi məsələlər həmin layihədə əksini tapacaq”.