Hakimlərin və məhkəmə işçilərinin maaşlarının artırılması ilə bağlı layihə hazırlanıb

Bildiyimiz kimi, Prezident İlham Əliyevin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fərmanında hakimlərin əmək haqqının əhəmiyyətli dərəcədə artırılması, məhkəmə-palata işçilərinin sosial təminatının yaxşılaşdırılması ilə bağlı müddəalar nəzərdə tutulub. 

E-huquq.az xəbər verir ki, Fərmandan irəli gələn məsələlər Məhkəmə-Hüquq Şurasında təhlil edilir.

Artıq hakimlərin və məhkəmə aparatı işçilərinin maaşlarının artırılması ilə bağlı işçi qrupu tərəfindən layihələr hazırlanıb.