Mirzayev&Partners
    16 İyul
    Baku
    23°

Hakim: ““Mediasiya haqqında” qanun lahiyəsinin icrası üçün zamana ehtiyac var”

““Mediasiya haqqında” qanun lahiyəsinin icrası üçün zamana ehtiyac var”.

E-huquq.az-ın xəbərinə görə, bunu ASAN radionun efirində qonaq olan Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) nümayəndəsi, Nəsimi Rayon Məhkəməsinin hakimi Səməd Cəfərov deyib.

O bildirib ki, “Mediasiya haqqında” qanun lahiyəsinin icrasının bəzi komponentlər var: “Məsələn ixtisaslaşdırılmış mediatorların əvvəlcə hazırlanması ilə bağlı tədbirlər görülür. Bu mediatorlar xüsusi biliyə malik olmalıdırlar. Eyni zamanda, həmin müddəanın çox mütərrəqi, bəzi komponentləri var ki, 2020-ci ilin iyul ayından tətbiq ediləcək. Bunlar ailə, əmək mübahisələri ilə bağlı işlərdir. Bu işlər artıq məhkəməyə daxil olarkən ilkin sesiyadan keçdikdən sonra icraata qəbul ediləcək. Onlar artıq baxacaqlar ki, mübahisənin məhkəmədən kənar yolla nizama salınması mexanizmi varsa, onda keçəcəklər. Əgər bu mümkün deyilsə, onda məhkəməyə müraciət ediləcək”.