Mirzayev&Partners
    16 İyul
    Baku
    23°

Gürcüstanın Ombudsmanı ölümlə hədələnib

Gürcüstanın İnsan Hüquqları üzrə Müvəkkili Nino Lomjaria ölümlə hədələnib.

E-huquq.az xəbər verir ki, bu barədə Ombudsmanın rəsmi internet səhifəsində bəyanat yayılıb.

Bildirilib ki, N.Lomjarianın Tbilisidə keçirilən cinsi azlıqların mitinqindən sonra insanların sərbəst toplaşmaq azadlıqlarının olması ilə bağlı bəyanatla çıxış etməsi internetdə ona qarşı sui-qəsd çağırışlarının səslənməsinə səbəb olub.

Bəyanatda qeyd edilib ki, N.Lomjaria faktla bağlı araşdırmaların aparılması üçün Daxili İşlər Nazirliyinə müraciət edib.