Mirzayev&Partners
    20 İyul
    Baku
    23°

Gömrük Akademiyasında ilk dəfə olaraq magistraturaya qəbul aparılır

2019/2020-ci tədris ilindən Dövlət Gömrük Komitəsinin (DGK) Akademiyasında ilk dəfə olaraq magistratura səviyyəsinə qəbul aparılır.

Bu barədə e-huquq.az-a DGK Akademiyasının mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, akademiyanın magistratura pilləsinə qəbul Dünya iqtisadiyyatı - Gömrük işi və Hüquqşünaslıq - Beynəlxalq hüquq ixtisasları üzrə həyata keçirilir.