Mirzayev&Partners
    20 İyul
    Baku
    23°

Gömrük postu yaxınlığındakı dayanacaqda baş verən yanğın söndürülüb

Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postu yaxınlığındakı avtomobil dayanacağında yanğın zamanı xəsarət alan olmayıb.

Dövlət Gömrük Komitəsindən e-huquq.az-a verilən xəbərə görə, hadisə nəticəsində bir neçə avtomobil yanıb:

“Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğının qarşısı qısa zaman ərzində alınıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, dayanacağın ərazisində yerləşən bir neçə avtomobilə maddi ziyan dəyib”.

Hazırda müvafiq qurumlar tərəfindən yanğının başvermə səbəbləri araşdırılır.