Gəncədə polis əməkdaşları qanvermə aksiyasında iştirak ediblər - FOTOLAR

Gənə şəhərində B.Ə.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankı və Gəncə şəhər Səhiyyə İdarəsinin təşkilatçılığı ilə aksiya keçirilib. 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan e-huquq.az-a verilən məlumata görə, “Qan ver, yaşat!” devizi ilə gerçəkləşən humanist aksiyada Şəhər Baş Polis İdarəsinin və tabeli qurumlarının şəxsi heyəti fəal iştirak ediblər. 

Onlar bu kimi xeyriyyə tədbirlərinin keçirilməsini təqdirəlayiq hesab etməklə xəstə insanların heç də cəmiyyətdən kənarda qalmadıqlarını nümayiş etdiriblər. Bu aksiyaya qoşulmağı səhhəti imkan verən hər bir insanın vətəndaşlıq borcu olduğunu bildiriblər. 

Polis əməkdaşları əvvəlcə tibbi müayinədən keçiriliblər, sonra isə qan vermək üçün masalara yaxınlaşıblar.

Qeyd edək ki, yığılmış qan Mərkəzi Qan Bankına təhvil veriləcək və talassemiya xəstəliyindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.