Mirzayev&Partners
    20 İyul
    Baku
    23°

Jurnalist Fuad Abbasov artıq Bakıdadır: "Fəaliyyətimi yenidən davam etdirəcəm"

Bu gün axşam saatlarında Rusiyadan Azərbaycana deportasiya edilən jurnalist Fuad Abbasov artıq Bakıdadır. 

E-huquq.az xəbər verir ki, onu hava limanında yaxınları və ictimaiyyət nümayəndələri qarşılayırlar.

Jurnalistlərə açıqlama verən F.Abbasov fəaliyyətini yenidən davam etdirəcəyini, məhkəməyə müraciət edəcəyini bildirib. 

***21:41

Rusiyada saxlanılmış azərbaycanlı jurnalist Fuad Abbasov deportasiya edilib.

E-huquq.az xəbər verir ki, bu barədə onun yaxınlarl məlumat verib.

Məlumata görə, F.Abbasov Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin nəzarəti altında Vnukovo hava limanından Azərbaycan Hava Yollarının Moskva-Bakı reysi ilə Azərbaycana yola salınıb.

Qeyd edək ki, Rusiyanın bir neçə azərbaycanlı icması Moskvada yaşayan və fəaliyyət göstərən azərbaycanlı jurnalist F.Abbasovun ölkədən deportasiya olunması tələbi ilə Moskva vilayəti Ximski Şəhər Məhkəməsinə müraciət edib. Moskva məhkəməsi mayın 7-də "Xarici vətəndaşın və vətəndaşlığı olmayan şəxsin Rusiya Federasiyası ərazisinə girişinə qadağa qoyulması" adlı 2737/2019 nömrəli işə baxıb. Mayın 16-da Rusiyanın hüquq-mühafizə orqanları F.Abbasovu saxlayıb. Azərbaycanlı jurnalist və vəkilləri ilə Ximki Şəhər Məhkəməsinin müvafiq qərarından şikayət veriblər.