Fransada dustaqlar həbsxana gözətçilərini girov götürüb

Fransada dustaqlar qiyam qaldırıb.

E-huquq.az APA-ya istinadən xəbər verir ki, bu barədə “BFM TV” məlumat yayıb.

Bildirilir ki, uzunmüddətli cəza çəkən dustaqlar həbsxananın müfəttişlərini girov götürüblər.

İnsident Fransanın Orn departamentinin Konde-sür-Sart həbsxanasında qeydə alınıb.