Mirzayev&Partners
    19 İyul
    Baku
    23°

FHN: Bakıda ev yanıb, 1 nəfər ölüb

Bakı şəhərinin Pirallahı rayonunda ümumi sahəsi 70 m² olan birmərtəbəli 3 otaqlı mansarda tipli evin 2 otağının yanar konstruksiyaları 40 m² sahədə və mansardası 10 m² sahədə yanıb.

E-huquq.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlunat yayıb. 

Qeyd edilib ki, yanğının kəşfiyyatı zamanı tüstüdən boğulmuş, 1951-ci il təvəllüdlü Şargin Sergey İvanoviçin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.

Evin qalan hissəsi və digər ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. 

Hadisə ilə əlaqədar müvafiq  qurumlar tərəfindən təhqiqat aparılır.