Mirzayev&Partners
    19 İyul
    Baku
    23°

Əmtəə nişanına dair iddia sənədinin ekspertizası üçün Agentliyə 135 manat ödəniləcək

Əmtəə nişanına dair iddia sənədinin ekspertizası üçün Əqli Mülkiyyət Agentliyinə 135 manat ödəniləcək.

E-huquq.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənən "İxtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanları və coğrafi göstəricilərin hüquqi mühafizəsi sahəsində göstərilən xidmətlərin siyahısı və həmin xidmətlərə görə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə ödəniləcək haqların məbləğləri"ndə əksini tapıb.

Əmtəə və ya xidmətin birdən artıq hər sinfi üçün iddia sənədinin ekspertizası üzrə haqq 175 manat, iddiaçının vəsatəti əsasında iddia sənədinin ekspertizasının 1 ay müddətində aparılması üçün ödəniləcək haqq 255 manat olacaq.