Mirzayev&Partners
    19 İyul
    Baku
    23°

Elçin Xələfov: "Məhkəmə və ədliyyə infrastrukturu yaxşılaşdırılıb"

"Ölkə başçısının rəhbərliyi ilə ötən dövrdə aparılan islahatlar çərçivəsində ədliyyə və məhkəmə sisteminin inkişafı üzrə bir çox mühüm tədbirlər həyata keçirilib, o cümlədən qanunvericilik təkmilləşdirilib, xüsusi dövlət proqramları qəbul edilib, ədalət mühakiməsinin əlçatanlığı təmin edilib, məhkəmə və ədliyyə infrastrukturu yaxşılaşdırılıb". 

E-huquq.az-ın xəbərinə görə, bunu Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən Elçin Xələfov deyib.

O bildirib ki, əqli mülkiyyət sahəsində respublika qanunvericiliyinin MDB məkanında ən mükəmməl olduğu, xüsusən Azərbaycanın Ümumdünya Əqli Mülkiyyət Təşkilatının inzibati idarəçiliyində olan müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində Konvensiyaya və müvafiq müqavilələrə qoşulması sevindirici haldır. 

"Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın daha da inkişafı, əhalinin rifahının yüksəldilməsi, dövlət idarəçiliyinin təkmilləşdirilməsinə yönələn ardıcıl tədbirlər görülür. “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərman dövlət başçısının məhkəmə hakimiyyətinə verdiyi müstəsna əhəmiyyətin növbəti təzahürü olmaqla, həyata keçirilən məhkəmə-hüquq islahatlarının mühüm tərkib hissəsidir. Fərman bu sahədə islahatların dərinləşdirilməsini, müasir çağırışlara uyğun və sistemli davam etdirilməsini şərtləndirməklə ədliyyə və məhkəmə-hüquq sisteminin gələcək inkişafı üçün strateji prioritetləri müəyyən edən mühüm yol xəritəsidir" - deyə, E. Xələfov qeyd edib.