Mirzayev&Partners
    20 İyul
    Baku
    23°

Ədliyyə naziri vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının Ədliyyə naziri Fikrət Məmmədov vətəndaşları qəbul edəcək. 

E-huquq.az xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, nazir Fikrət məmmədov iyunun 14-də Gəncə şəhərində ədliyyə fəaliyyəti ilə bağlı vətəndaşları qəbul edəcəcək. 

Qəbullara vətəndaşlar Gəncə regional ədliyyə idarəsi (ünvan: Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 28 may küçəsi; əlaqə telefonu: (022) 254-48-15,(022) 254-48-21), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.

Həmçinin, vətəndaşların rahatlığı üçün nazirliyin rəhbərliyinin bölgələrdə keçiriləcək qəbullarına elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.