Azərbaycanda hakimlərin sayı 200 nəfər artırılacaq

“Dövlət başçısının təşəbbüsü ilə Azərbaycanda məhkəmə fəaliyyəti, o cümlədən kommersiya məhkəmələrinin yaradılması ilə bağlı mühüm qanun layihələri paketi hazırlanaraq Milli Məclisə təqdim edilib”.

E-huquq.az “Report”a istinadən xəbər verir ki, bunu Avropa İttifaqı (Aİ) - Azərbaycan biznes-forumunda çıxış edən Ədliyyə nazinin müavini Toğrul Musayev deyib.

Onun sözlərinə görə, bu gün həmin qanun layihələrinin I oxunuşda müzakirəsi nəzərdə tutulub.

“2006-cı ildə Azərbaycanda məhkəmə hakimlərinin sayı 2 dəfə artırılaraq 600-ə çatdırılıb. Bununla belə, bu gün ölkədə hər 100 min nəfərə düşən hakimlərin sayı 6 olmaqla, Avropa ölkələri üzrə orta göstəricidən 3 dəfə azdır. Məhz buna görə də hakimlərin sayının daha 200 nəfər artırılması müstəsna əhəmiyyətə malikdir. Bu addım məhkəmə hakimiyyətinin daha optimal şəkildə qurulması üçün çox vacibdir”, - deyə T.Musayev qeyd edib.