Mirzayev&Partners
    19 İyul
    Baku
    23°

Vəkillər Kollegiyası ilə Ədliyyə Akademiyası təlim keçirəcək - ELAN

Azərbaycan Ədliyyə Akademiyası və Vəkillər Kollegiyası (VK) ilə birgə əməkdaşlıq çərçivəsində “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafı" mövzusunda təlim keçirilməsi nəzərdə tutulur.

Bu barədə e-huquq.az-a VK-dan məlymat verilib.

Bildirilib ki, 23 may 2019-cu il tarixdə saat 09:00-da Ədliyyə Akademiyasında keçiriləcək təlimdə VK Rəyasət Heyətinin üzvü Muxtar Mustafayev tərəfindən “Bankların iştirakı ilə olan mübahisələrə məhkəmələrdə baxılmasında vəkilin rolu”,  Azərbaycan Banklar Assosiasiyasının “Hüquqi məsələlər üzrə” ekspert qrupunun sədri Qorxmaz Ağayev tərəfindən “Müasir şəraitdə bank sisteminin hüquqi tənzimlənmə məsələləri” və s. mövzularda müzakirələr aparılacaqdır.

Təlimdə iştirak üçün yerlər məhduddur.

İştirak etmək arzusunda olan vəkillər  iştirak barədə niyyət məktubunu Kollegiyanın aparatının əməkdaşı Orxan Babayevin email ünvanına ([email protected]) göndərə bilərlər.

Qeyd edilib ki, müraciət üçün nəzərdə tutulan son tarixdən sonra seminara seçilməsi barədə tərəfimizdən cavab göndərilməyən vəkillərin seminarda iştirak üçün seçilmədikləri nəzərə alınmalıdır. Həmin şəxslərə gələcəkdə keçiriləcək seminarlarda iştirak üzrə seçim aparılarkən üstünlük veriləcəkdir.