Dörd nəfərin ölümünə səbəb olan sürücünün ibtidai istintaqı yekunlaşıb

Göyçayda 4 nəfərin ölümü ilə nəticələn ağır-yol nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Aqşin Abdullayevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, iş baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Bilal Məmmədovun icraatına verilib.

Qeyd edək ki, hadisə ötən il avqustun 24-də saat 23 radələrində Göyçay rayonunun Cəyirli kəndi ərazisində baş verib. A.Abdullayevin idarə etdiyi “Mercedes” və Ənvər Əhmədovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub. Nəticədə Ənvər Əhmədov və sərnişinlərindən Ramil Salmanov, onun arvadı Gülnar, oğlu Azər hadisə yerində ölmüş, digər 5 sərnişini, habelə Aqşin Abdullayev və 2 sərnişini xəstəxanaya yerləşdiriliblər.