DİN Sumqayıtda baş verən qətllə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi Sumqayıt şəhərində baş verən qətllə bağlı açıqlama yayıb. 

E-huquq.az xəbər verir ki, iyunun 11-də saat 4 radələrində Sumqayıt şəhəri ərazisindən Cəlilabad rayon sakini Faiq Cəfərovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə 4-cü polis bölməsinə məlumat daxil olub. 

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər keçirilib. 

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini S.Nadirov saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin  müvafiq maddəsi ilə cinayət işi başlanıb.