Mirzayev&Partners
    16 İyul
    Baku
    23°

DİN paytaxtda baş verən silahlı insidentlə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi paytaxtda baş verən silahlı insidentlə bağlı açıqlama yayıb. 

E-huquq.az xəbər verir ki, iyunun 14-də, saat 1 radələrində Bakıxanov qəsəbəsi ərazisindən Şərur rayon sakini, 47 yaşlı Ramiz Məmmədovun qırma yarası ilə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsinə məlumat daxil olub. 

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. 

Təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri ilə ağır cinayətin R.Məmmədovun qaynı, Siyəzən rayon sakini R.Şirinov tərəfindən törədilməsi müəyyən edilib.

Əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində qətli törətməkdə şübhəli bilinən R.Şirinov könüllü olaraq 12-ci Polis Şöbəsinə gələrək istintaqa təslim olub və cinayəti törədərkən istifadə etdiyi “Vinçester” markalı tüfəngi təhvil verib.