Mirzayev&Partners
    22 İyul
    Baku
    23°

DİN nümayəndələrinin iştirakı ilə icra və probasiya şöbələrinin əməkdaşları üçün təlim keçirilib

Ədliyyə Akademiyası tərəfindən ədliyyə işçilərinin bilik və bacarıqlarının artırılması tərəfindən mütəmadi seminarlar, ixtisasartırma kursları və digər tədbirlər keçirilir, bu sahədə digər dövlət qurumları və beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq edilir.

Ədliyyə Nazirliyindən e-huquq.az-a verilən məlumata görə, silsilə tədbirlər çərçivəsində Akademiyada Daxili İşlər Nazirliyi (DİN) nümayəndələrinin iştirakı ilə Gəncə, Sumqayıt və digər rayon (şəhər) icra və probasiya şöbələrinin əməkdaşları üçün təlim keçirilib.

Tədbiri giriş sözü ilə Ədliyyə Akademiyasının rektor əvəzi Elçin Xələfov və Probasiya xidmətinin rəis müavini Musa Hümbətov açaraq probasiya institutunun azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasında rolundan bəhs edib, bu sahədə işin səmərəli təşkili, icra və probasiya məmurlarının peşəkarlıqlarının artırılması baxımından təlimin əhəmiyyətindən danışıblar.

Təlimdə  DİN nümayəndələrinin “Mərkəzləşdirilmiş kriminal və axtarış uçotlarının təşkili və aparılması qaydaları barədə”, “Cinayət törətməkdə şübhəli və ya təqsirləndirilən, məhkum olunmuş, habelə inzibati qaydada həbs edilmiş şəxslərin mərkəzləşdirilmiş fərdi uçotlarının təşkili və aparılmasına dair”, “Dövlət daktiloskopik və genom qeydiyyatının aparılmasına dair” mövzular üzrə mühazirələri dinləyicilərin diqqətinə çatdırılıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.