DGK və IBM arasında "blockchain" texnologiyasının tətbiqinə dair müqavilə imzalanacaq

Dövlət Gömrük Komitəsi (DGK) Amerikanın IBM korporasiyası ilə “blockchain” texnologiyasının tətbiqinə dair müqavilə imzalayacaq.

E-huquq.az APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında DGK-nin sədri Səfər Mehdiyev deyib.

Onun sözlərinə görə, müqavilə Bakıda keçirilən Ümumdünya Gömrük Təşkilatının (ÜGT) İnformasiya Texnologiyaları Konfransı və Sərgisinin (“WCO IT/TI Conference & Exhibition”) ikinci günündə, yəni iyunun 13-də imzalanacaq.