Deputat seçicilərlə görüş keçirib

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən deputatlar, dövlət orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirirlər.

E-huquq. az xəbər verir ki, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, 70 saylı Masallı şəhər seçki dairəsinin deputatı Nəriman Əliyev növbəti dəfə seçiciləri ilə görüşüb.

Görüşdə N. Əliyev ona ünvanlanan sualları cavablandırıb və seçiciləri narahat edən məsələləri dinləyib. N. Əliyev müraciət olunan məsələlərlə bağlı müzakirələr aparıb, bir sıra məsələlər yerindəcə həll edilib, müvafiq dövlət qurumlarına təqdim edilmək üçün onlardan ərizələr qəbul edilib və bir sıra məsələlərlə bağlı tövsiyələr verib. Deputat bildirib ki, seçicilərdən qəbul edilmiş ərizələr müvafiq dövlət qurumlarına göndəriləcək və qeyd edilən məsələnin, həmişə olduğu kimi, ən qısa müddətdə baxılmasına və müsbət həllinə çalışılacaq. Həmçinin, görüşdə çıxış edən parlament üzvü, seçicilərə Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasət haqqında, ölkəmizdə həyata keçirilmiş islahatlar və xüsusi ilə də vətandaşlarımızın sosial təminatının yaxşılaşdırılması sahəsində ölkə başçısının imzaladığı fərman və sərəncamlar barədə geniş məlumat verib. Seçiciləri maraqlandıran bir sıra məsələlərin həlli yolları da müzakirə olunub. Seçicilər göstərilən diqqətə görə Prezident İlham Əliyevə və millət vəkili Nəriman Əliyevə təşəkkürlərini bildiriblər. Hər zaman dövlət başçısı İlham Əliyevin apardığı daxili və xarici siyasəti dəstəklədiklərini bildiriblər.