Deputat: “Məhkəmələrimizə alverxana deyirlər”

“Yeni yaradılacaq məhkəmələrin “Kommersiya” adlandırılmasını doğru hesab etmirəm. Bəzi hallarda məhkəmələrimizə alverxana, kommersant deyirlər. “İqtisadi” sözü nə çətin şeydir ki, onun yerinə “Kommersiya” verilir?”.

E-huquq.az “Report”a istinadən xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclasında “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi deputat Tahir Kərimli deyib.

Deputat “Düşünürəm, ad məsələsinə yenidən baxmaq lazımdır”, - deyə, əlavə edib.