Dələduzluqda təqsirləndirilən keçmiş vəkil barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib

Bu gün Yasamal Rayon Məhkəməsində xeyli miqdarda dələduzluqda ittiham edilən keçmiş vəkil Qəhrəman Pirməmmədovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istinaq orqanı tərəfindən verilən vəsatətə baxılıb. 

E-huquq.az xəbər verir ki, məhkəmə verilən təqdimatı qismən təmin edib. Belə ki, Q. Pirməmmədov barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. O, istintaqdan yayındığı üçün məcburi gətirilmə ilə istintaq təcridxanasında saxlanılmışdı. 

İttihama görə, Q. Pirməmmədov 7 nəfər vətəndaşa qarşı 50 min manat məbləğində dələduzluq edib. 

Qeyd edək ki, Q. Pirməməmmədov barəsində eyni maddə ilə Sumqaıt Şəhər Məhkəməsində də cinayət işinə baxılmaqdadır.