Mirzayev&Partners
    22 İyul
    Baku
    23°

Ç;in Hüquq Cəmiyyətinin nümayəndələri Vəkillər Kollegiyasında olublar

Mayın 16-da Çin Hüquq Cəmiyyətinin nümayəndə heyəti Vəkillər Kollegiyasının Rəyasət Heyətində olmuşdur. Nümayəndə heyətinin tərkibi Çin Xalq Respublikasının bəzi hüquqşünas-alimləri, məşhur vəkillərdən təşkil olunub.

E-huquq.az xəbər verir ki, nümayəndə heyətini Vəkillər Kollegiyasının sədr müavinləri Aydın Axundov və Pərviz Ələkbərov salamlayaraq onlara Azərbaycanda vəkillik fəaliyyəti, son dövrlərdə vəkillik institutunun inkişafı və nüfuzunun artırılması istiqamətində aparılmış işlər, o cümlədən, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının beynəlxalq əməkdaşlığa verdiyi önəm barədə məlumat veriblər. 

Vəkillər Kollegiyasının dəvəti və göstərilən qonaqpərvərliyə görə təşəkkür edən qonaqlar iki ölkənin hüquq ictimaiyyəti arasında əməkdaşlıq əlaqələrinin perspektivləri, bu cür əlaqələrin yaradılmasının hər iki ölkənin hüquqşünasları baxımından əhəmiyyəti barədə danışıblar.

Görüşdə çıxış edən Jiangxi əyalətinin Hüquq Cəmiyyətinin İcraçı müşaviri cənab Liang Qiyou Çinin hüquq sistemi və vəkillik institutu barədə ətraflı məlumat vermiş, Azərbaycanla qarşılıqlı əməkdaşlıqda maraqlı olduqlarını, Çin hökumətinin “Kəmər və yol” beynəlxalq təşəbbüsünə Azərbaycanın qoşulmasının təqdir edildiyini, cari ilin noyabr ayında qeyd olunan layihə ilə bağlı keçiriləcək konfransda Azərbaycan vəkillərinin iştirakından məmnun olacaqlarını bildirib. 

Qarşılıqlı fikir mübadiləsindən sonra qonaqlar Vəkillər Kollegiyası Rəyasət Heyətinin inzibati binası və iş fəaliyyəti ilə yaxından tanış olub, sonda qonaqlarla xatirə fotosu çəkilib.