Mirzayev&Partners
    22 İyul
    Baku
    23°

Bu ilin 6 ayı ərzində icra olunan məhkəmə qərarlarının sayı açıqlanıb

"2019-cu ilin ilk 6 ayı ərzində icra xidmətinin yerli qurumunun icraatında 730 mindən artıq icra işi olub. Onlardan 385 minə yaxın icra sənədənin icrası tam icra edilib”. 

E-huquq.az xəbər verir ki, bunu ASAN radionun efirində qonaq olan Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin aparıcı məsləhətçisi Rüstəm Rəhimov deyib.

 O bildirib ki, bu müddət ərzində məhkəmə qərarlarının təxminən 62 faizi icra olunub: “Bu da o deməkdir ki, ötən ilin eyni dövrü ilə müqayisədə icranın sayı 11 fazi artmışdır”. 

R. Rüstəmov deyib ki, icra olunan qərarların kateqoriyaları müxtəlifdir: “Burada kredit borcunun ödənilməsi, vergi borcu borcunun ödənilməsi ilə bağlı icra sənədləri, şəxsin yaşayış və ya qeyri-yaşayış sahəsindən çıxarılması məhkəmə qərarları, dövlət büdcəsinə ödənilən vəsaitlərlə bağlı məsələr və s. var. Cari ilin təkcə 6 ayı ərzində fiziki və hüquqi şəxslərə 300 milyondan manatdan artıq vəsait ödətdirilib. Bu da ötən illə müqayisədə 65 fazidən çox artım deməkdir. İcra məmurlarının faəliyyəti nəticəsində vergi borcları ilə bağlı dövlət büdcəsinə 11 milyon manat vəsaitin ödətdirilməsi təmin olunub”.