Mirzayev&Partners
    16 İyul
    Baku
    23°

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı hüquqşünaslar üçün təlim keçəcək - ELAN

Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı təlimlərə başlayır.

E-huquq.az xəbər verir ki, vətəndaş cəmiyyəti nümayəndələri və hüquqşünaslar üçün keçiriləcək təlimlər BMT-nin insan hüquqları sistemi və müəssisələri, eləcə də onların insan hüquqlarına dair iştirak mexanizmlərində rolu barədədir.

Təlimlərdə iştirakçılar aşağıdakı vəsaitlərlə təmin olunacaq:

• BMT-nin xüsusi orqanları və mandatlarının, eləcə də BMT-nin müqavilə orqanlarının yekun qeydlərinin xülasəsi;

• Milli tərəfdaşların BMT-nin İnsan Hüquqları mexanizmlərində iştirak yollarının xülasəsi;

• Azərbaycanın sahə üzrə ən son dövri hesabatlarına baxışların keçirilməsindən sonra qəbul edilmiş Yekun Qeydlər;

• Müqavilə orqanlarının qəbul etdiyi Ümumi Şərhlər və Ümumi Tövsiyələrdən ibarət vəsaitlər toplusu

Ödənişsiz təlimlərdə iştirak etməkdə maraqlı olan vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri və hüquqşünaslar öz tərcümeyi hallarını (CV) [email protected] elektron poçt ünvanına göndərməlidir.