Mirzayev&Partners
    20 İyul
    Baku
    23°

Birinci vitse-prezidentin köməkçisinə vəkil vəsiqəsi təqdim olunub - ÖZƏL

"Məhkəmə-hüquq islahatlarına vəkil baxışı” konfransında Vəkillər Kollegiyasının sədri Anar Bağırov Birinci vitse-prezidentin köməkçisi Gündüz Kərimova simvolik vəkil vəsiqəsi təqdim edib. 

E-huquq.az-ın xəbərinə görə, A.Bağırov bildirib ki, G.Kərimov əvvəl vəkil kimi fəaliyyət göstərib, daha sonra dövlət qulluğunda çalışdığı üçün onun vəkillik fəaliyyəti dayandırılıb: "Fəaliyyətin dayandırılması vəsiqədə öz əksini tapıb". 

G.Kərimov göstərilən diqqətə görə təşəkkürünü bildirib. 

Qeyd edək ki, konfrans Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü və Vəkillər Kollegiyasının təşkilatçılığı ilə keçirilib.