Bayıl sürüşmə zonasında yaşayan sakinlər köçürüləcək - SƏRƏNCAM

Bakının Səbail rayonu, Bayıl sürüşmə zonasında yaşayan sakinlərin köçürüləcək.

E-huquq.az xəbər verir ki, Baş Nazir Novruz Məmmədov sakinlərin köçürülməsinin təmin olunması məqsədilə sərəncam imzalayıb.

Sənədlə, Bayıl sürüşmə zonasında yaşayan 92 ailə köçürüləcək. Sərəncama əsasən, həmin ailələrin hər biri müvafiq qaydada kompensasiya ilə təmin olunacaq.