Mirzayev&Partners
    22 İyul
    Baku
    23°

Bakıətrafı kənd və qəsəbələrə yeni kanalizasiya xətləri çəkiləcək

"Azərsu" ASC Bakı və ətraf ərazilərdə subasma hallarının qarşısının almaq üçün yağış- kanalizasiya xətlərinin çəkilməsi ilə bağlı layihə həyata keçirməyi planlaşdırır.

E-huquq.az-ın məlumatına görə, bu barədə qurumun mətbuat katibi Anar Cəbrayıllı məlumat verib.

“Bakıətrafı kənd və qəsəbələrdə kanalizasiya sistemləri demək olar ki yoxdur. Mövcud kanalizasiya xətlərini ya vətəndaşlar, ya da bələdiyyələr çəkib. Bakıətrafı kənd və qəsəbələrə kanalizasiya xətlərinin çəkilməsi ilə bağlı layihələrimiz var. Bu istiqamətdə təkliflər hazırlanır. Yeni layihənin bu il reallaşdırılması planlaşdırılır".