Mirzayev&Partners
    22 İyul
    Baku
    23°

Bakıda vətəndaşa qarşı quldurluq edən şəxs tutulub

Bakının Nizami rayonunda quldurluq hadisəsi baş verib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən e-huquq.az-a verilən məlumata görə, Nizami rayon Polis İdarəsinin 24-cü polis şöbəsinə müraciət edən Bakı şəhər sakini T.Tanrıverdiyev iyulun 10-da saat 1 radələrində naməlum şəxsin onu bıçaqla hədələyərək pul verməsini tələb etməsini, istədiyinə nail olmadıqda ona əlindən bıçaqla xəsarət yetirib, sonra hadisə yerini tərk etdiyini bildirib.

24-cü polis şöbəsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini R.Nuriyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.