Mirzayev&Partners
    18 İyul
    Baku
    23°

Bakıda qumarxana təşkil etmədə təqsirləndirilən şəxslərin barəsində çıxarılan hökmdən verilən şikayət əsasında məhkəmə başlayıb

Bakıda qumarxana təşkil etmədə təqsirləndirilən Elçin Quliyev və Rüfət Yüzbaşovun barəsində olan hökmdən prokuror tərəfindən verilən apelyasiya protesti əsasında məhkəmə başlayıb.

E-huquq.az-ın xəbərinə görə,Bakı Apelyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin anket məlumatlartı dəqiqləşdirilib, daha sonra prokurorun protesti müəyyən edilib. 

 Qeyd edək ki, Nəsimi rayon Məhkəməsinin hökmü ilə hər iki təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. 

Onların barəsində şərti cəza təyin edilib və məhkəmə zalından azad ediliblər. 

Bu hökmdən narazı qalan prokuror apellyasiya protesti verib. Prokuror hər iki təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını istəyib. 

Rəsmi məlumata əsasən, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Bakının Nəsimi rayonu, S.Vurğun küçəsində yerləşən mənzillərdən birində “Texas Holdem Poker” adlı kart qumar oyunlarının təşkil edildiyi barədə əməliyyat məlumatı daxil olub.

Keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində qeyd edilən mənzil nəzarətə götürülüb və toplanan materiallar əsasında orada qumar oyunlarının təşkil edildiyi sübuta yetirilib. Əməliyyat nəticəsində bu qanunsuz fəaliyyətin əsas təşkilatçıları - paytaxt sakinləri - E.Quliyev və R.Yüzbaşov, həmçinin orada qumar oynayan daha 8 nəfər polis əməkdaşları tərəfindən saxlanılıblar.