Mirzayev&Partners
    16 İyul
    Baku
    23°

Bakıda qohumunun evinə basqın edən qardaşların kassasiya şikayəti təmin edilməyib

Ali Məhkəmədə qohumunun evinə quldurluq yolu ilə basqın etməkdə təqsirləndirilən qardaşlar - OrxanVaqif Hümbətovun barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.

E-huquq.az-ın xəbərinə görə, hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, qardaşların kassasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, hadisə 2017-ci ildə Binəqədi rayonunun Biləcəri qəsəbəsində baş verib. O.Hümbətov tanışı Rəmzi Muradovla birlikdə qohumu Nuridə Məmmədovanın evinə basqın edib. Həmin şəxslər qadının əl-qolunu bağlayaraq, onun 5 min manat pulunu ələ keçiriblər.

Bakı Şəhər Baş Polis İdarəsi və Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində O.Hümbətov və R.Muradov saxlanılıb.

Onların ətrafında aparılan istintaq hərəkətləri zamanı məlum olub ki, O.Hümbətov qardaşı V.Hümbətovla birlikdə xuliqanlıq ediblər.

Belə ki, onlar Biləcəri qəsəbəsində "KamAz" sürücüsünü xuliqanlıq niyyəti ilə döyüblər. V.Hümbətov saxlanılan zaman onun üzərindən silah və narkotik maddə də aşkarlanıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Hümbətov 5 il, onun qardaşı O.Hümbətov 10 il və R.Muradov isə 9 il müddətə azadlıqdan məhrum ediliblər. Hökdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsi həmin şəxslərin apellyasiya şikayətini təmin etməyib.