Mirzayev&Partners
    20 İyul
    Baku
    23°

Bakıda kriminal avtoritetin məhkəməsi başlayıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz olaraq odlu silah saxlama və satmaqda təqsirləndirilən Akif Rüstəmovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

E-huquq.az-ın xəbərinə görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndiirlən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası iyunun 3-nə təyin edilib.

Qeyd edək ki, uzun müddət axtarışda olan A.Rüstəmov ötən ilin fevralında Moskvada həbs olunub. O, Rusiyada mütəşəkkil cinayətkar dəstənin lideri kimi tanınır. A. Rüstəmova qarşı Cinayət Məcəlləsinin 228.1 (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, A.Rüstəmov kriminal avtoritet kimi tanınır.