Mirzayev&Partners
    16 İyul
    Baku
    23°

Bakıda Hindistan vətəndaşlarının ölümünə səbəb olan sürücü həbs edilib

Bakıda Hindistan vətəndaşlarının ölümünə səbəb olan sürücü həbs edilib. 

Baş Prokurorluğun mətbuat xidmətindən e-huquq.az-a verilən məlumata görə, iyunun 17-də Bakı-Qazax avtomobil yolunun Qaradağ rayonu ərazisində 1974-cü il təvəllüdlü Habil Mirzəyevin idarə etdiyi “Toyota” markalı, 10-NK-170 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən 1992-ci il təvəllüdlü Mehman Ağayevin idarə etdiyi “Ford” markalı,  90-ZS-968 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində “Ford” markalı avtomobilin sərnişinləri, Hindistan Respublikası vətəndaşları Cayachandran  Racendra, Madhavan Muthukumar və Maruthamuthu Gopalın hadisə yerində vəfat etmələri, digər sərnişinlər Banqladeş Respublikası vətəndaşları Ruhula Amin, Allan Zahangir, Muhammel Arşad və “Toyota” markalı avtomobilin sərnişini Qızılgül İbrahimovanın xəsarət alması faktına görə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. 

Cinayət işi üzrə hadisə yerinə baxış keçirilmiş, zəruri ekspertizalar təyin olunmuş və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib. 

İlkin istintaqla H.Mirzəyev tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının kobud surətdə pozularaq törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən şübhəli şəxs qismində tutulub. 

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.