Mirzayev&Partners
    20 İyul
    Baku
    23°

Bakıda arvadını bıçaqlayan şəxs apellyasiya şikayəti verib

Bakı Apelyasiya Məhkəməsində adam öldürməyə cəhddə təqsirləndirilən Rəcəb Məmmədovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

E-huquq.az-ın xəbərinə görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib

Məhkəmənin növbəti iclası iyulun 9-na təyin edilib.

Qeyd edək ki, hadisə ötən il Bakının Zığ qəsəbəsində baş verib. R.Məmmədov münaqişə zəminində həyat yoldaşı Günel Məmmədovanı bıçaqlayıb.

Ağır vəziyyətdə xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub. Daha sonra R.Məmmədov həbs edilib. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 10 aymüddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellasiya şikayəti verib.