Mirzayev&Partners
    19 İyul
    Baku
    23°

Azərbaycanda vətəndaşlar qanunvericilik təşəbbüsü qrupu yarada bilərlər

Azərbaycanda vətəndaşlar qanunvericilik təşəbbüsü hüququndan istifadə ilə bağlı təşəbbüs qrupu yarada bilərlər

E-huquq.az ONA-ya istinadən xəbər verir ki, bu barədə yeni hazırlanan “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” qanun layihəsində bildirilib.

Sənədin 4-cü maddəsində qeyd edilib ki, layihəni Milli Məclisin müzakirəsinə təqdim etmək təklifi ilə çıxış edən ən azı 300 nəfər Azərbaycan Respublikasının vətəndaşı tərəfindən vətəndaşların qanunvericilik təşəbbüsü hüququndan istifadə ilə bağlı təşəbbüs qrupu yaradıla bilər.

Bir təşəbbüs qrupunun öz fəaliyyəti dövründə yalnız bir layihəni Milli Məclisin müzkirəsinə təqdim etmək təklifi ilə çıxış etməsi mümkündür. 

Təşəbbüs qrupunun yaradılmasının məqsədləri Milli Məclisin müzakirəsinə təqdim edilməsi təklif olunan layihəsinin dəstəklənməsi üçün imza toplaması və qanunvericilik təşəbbüsü ilə çıxış edən vətəndaşların mənafelərinin müdafiə edilməsidir.