Mirzayev&Partners
    18 İyul
    Baku
    23°

Azərbaycanda vəkil cinayət məsuliyyətinə cəlb edilib 

Azərbaycanda vəkil barəsində cinayət işi başlanılıb.

Zaqatala Rayon Məhkəməsindən e-huquq.az-a verilən məlumata görə, vəkil Məmməd Yaqubovun barəsində Cinayət Məcəlləsinin 32.4, 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Belə ki, M.Yaqubov Zaqatala Rayon Məhkəməsinin hakimi Arif İsmayılov və məsləhətçisi Şahid Allahverdiyevin cinayət işində təqsirli bilinir.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən A.İsmayılova Cinayət Məcəlləsinin 311.1 (rüşvət alma), Ş.Allahverdiyevə isə 32.4, 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Rəsmi məlumata əsasən, həmin şəxslər məhkəmənin icraatında olan mülki iş üzrə tərəflə qeyri-prosessual münasibətlər yaradaraq rüşvət tələb ediblər.

Xatırladaq ki, M.Yaqubov, A.İsmayılov və Ş.Allahverdiyevin cinayət işi üzrə ibtidai istinaq yekunlaşdırılaraq, baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərlib. Cinayət işi hakim Nahid Mirzəyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, Vəkillər Kollegiyasının üzvü olan M.Yaqubov fərdi vəkil kimi fəaliyyət göstərib. Onun vəkillik fəaliyyətinin müddəti 32 ildir.