Mirzayev&Partners
    22 İyul
    Baku
    23°

Azərbaycanda məhkəmə iclaslarını videogörüntü vasitəsilə izləmək olacaq

"Azərbaycanda məhkəmə iclaslarını videgörüntü vasitəsilə izləmək olacaq".

Bu barədə e-huquq.az-a eksklüziv açıqlamasında Yasamal Rayon məhkəməsinin hakimi, Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) prezidenti Ramin Qurbanov deyib. 

Onun sözlərinə görə, Prezident İlham Əliyevin 2014-cü ildə imzaladığı sərəncamda məhkəmə proseslərinin onlayn izlənməsi ilə bağlı ayrıca bir müddəa nəzərdə tutulub: “Bu o deməkdir ki, hər kəs sistemə daxil olub, lazım olan məhkəmə iclasını videogörüntü vasitəsi ilə izləyə bilər. İstisna hal isə qapalı iclaslarıdır”.

Hazırda məhkəmə proseslərinin videogörüntü vasitəsilə izlənilməsinin mümkünlüyü istiqamətində işlər aparıldığını qeyd edən R.Qurbanov yaxın gələcəkdə “Elektron məhkəmə” sistemində bu funksiyanın olacağını vurğulayıb.