Mirzayev&Partners
    22 İyul
    Baku
    23°

Azərbaycanda kommersiya məhkəmələri yaradılır

Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti iclası keçirilib.

E-huquq.az xəbər verir ki, iclasda çıxış edən Komitənin sədri Əli Hüseynli gündəliyə 4 məsələnin daxil olduğunu qeyd edib. “Məhkəmələr və hakimlər haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirə olunub. Qeyd edilib ki, qanuna bir sıra texniki dəyişikliklər, həmçinin “Kommersiya məhkəmələri” adlı VIII-I fəslin əlavə edilməsi təklif olunur. Əsas dəyişiklik Azərbaycanda komersiya məhkəmələrinin yaradılması ilə bağlıdır.

Əlavə edilən 46.1-ci maddəyə əsasən, kommersiya məhkəmələri birinci instiasiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş kommersiya mübahisələrinə dair işərə baxır. Kommersiya məhkəməsi məhkəmə statistikasını təhlil edir, məhkəmə fəaliyyətinin təşkili vəziyyətini, təcrübəsini öyrənir və ümumiləşdirir, ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir. Kommersiya məhkəməsi sədr və hakimlərdən ibarət olacaq. Kommersiya məhkəməsində 12 və daha çox hakim ola bilər. Kommersiya məhkəməsində sədr müavini vəzifəsi təsis edilir. Hakimlərin sayı Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən edilir.

Qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib.