Mirzayev&Partners
    16 İyul
    Baku
    23°

Azərbaycanda Hindistan və Banqladeş vətəndaşları qəzaya düşüb - RƏSMİ

Daxili İşlər Nazirliyi paytaxtın Qaradağ rayonunda baş verən dəhşətli qəza ilə bağlı açıqlama yayıb. 

E-huquq.az xəbər verir ki, hadisə iyunun 17-də saat 17 radələrində Bakı-Qazax yolunun 22-ci kilo metrliyində qeydə alınıb. 

Qaradağ rayonu ərazisində Bakı şəhər sakini H.Mirzəyev idarə etdiyi “Toyota Prado” markalı avtomobili qarşıda gedən paytaxt sakini Mehman Ağayevin idarə etdiyi “Ford” markalı mikroavtobusa vurmuş və zərbədən “Ford” markalı avtomobil yol ayırıcısına çırpılaraq aşıb. 

Nəticədə mikroavtobusdakı sərnişinlərdən Hindistan vətəndaşları - Jayachandran Prasad, Madhavan Muthukumar və Maruthamuthu Gopal hadisə yerində ölüb, Banqladeş vətəndaşları Ruhula Amin, Allan Zahangir, Muhammel Arşad, habelə “Toyota Prado”dakı  sərnişin, Bakı şəhər sakini Q.İbrahimova xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.