Mirzayev&Partners
    16 İyul
    Baku
    23°

Azərbaycanda Avropa İnsan Hüquqları Məhkəməsinin tətbiqi məsələləri hansı vəziyyətdədir?

Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən bəzi nöqsanlar ümmiləşdirilərək CEPEJ-ə təqdim edilir ki, bir daha belə nöqsanlara yol verilməsin”.

E-huquq.az-ın xəbərinə görə, bunu ASAN radionun efirində qonaq olan Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) nümayəndəsi, Nəsimi Rayon Məhkəməsinin hakimi Səməd Cəfərov deyib.

O, Azərbaycanda Avropa İnsan Hüquqları Məhkəməsinin tətbiqi məsələlərindən danışıb. S.Cəfərovun sözlərinə görə, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına istinad məsələsi daim gündəmdə saxlanılır: “Hakimlərin də bu sahədə maarifləndirilməsi üçün ciddi işlər aparılır, Ədliyyə Akademiyası bu sahədə iştirak edir. Hakimlər tərəfindən qərarlara istinad olunması üçün mühüm işlər görülür”.