Mirzayev&Partners
    16 İyul
    Baku
    23°

Azərbaycanda 8 nəfər güllələnib

Ağstafa rayonunda bazarda 4 nəfər güllələnərək qətlə yetirilib.

E-huquq.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Böyük Kəsik kəndi ərazisində qeydə alınıb.  

Belə ki, həbsdən yenicə çıxmış şəxs bazarda atəş açaraq 8 nəfəri güllələyib. Nəticədə ana və iki övladı, eləcə də orada satıcı işləyən şəxs hadisə yerində ölüb. Yaralılar Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, onlardan birinin vəziyyəti ağırdır. 

Hadisəyə nəsillər arasında uzun illərdir mövcud olan qan davasının səbəb olduğu bildirilir. 

Yaralanan şəxslər - 1964-cü il təvəllüdlü Lilpar Baba oğlu Əhmədov, 1999-cu il təvəllüdlü İbrahim Rasim oğlu Abdullayev, 1951-ci il təvəllüdlü Nüsrət Məhəmməd oğlu İsayev və 1961-ci il təvəllüdlü Rəsul Abbas oğlu Həsənovdur. 

Onların əksəriyyəti ayaqlarından güllə yarası alıblar.

Faktla bağlı araşdırma aparılır.