Mirzayev&Partners
    22 İyul
    Baku
    23°

Azərbaycanda məhkəmə təqsirləndirilən şəxsə bəraət verib 

Bu gün Binəqədi Rayon Məhkəməsində saxta aksiz markalarını hazırlama, əldə etmə və ya satmaqda təqsirləndirilən Rəşad Mehdizadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Vəkil Vüsal Səfərovun e-huquq.az-a verdiyi xəbərə görə, hakim Fərid Əmiralıyevin sədrliyi ilə keçirilən posesdə hökm oxunub. 

Hökmə əsasən, təqsirləndirilən şəxsə verilən ittiham məhkəmə istintaqı zamanı sübuta yetirilmədiyi üçün ona bəraət verilib. 

İttihama görə, R. Mehdizadə işlədiyi mağazada 7 ədəd saxta aksiz markası olan mallar satıb.