Mirzayev&Partners
    19 İyul
    Baku
    23°

Azərbaycan gömrükçüləri müxtəlif markalı siqaretlər aşkar ediblər - FOTO

Dövlət Gömrük Komitəsinin (DGK) Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan məlumat əsasında "Şirvanlı" gömrük postunda Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes-Benz 230" markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən e-huquq.az-a verilən məlumata görə, baxış zamanı nəqliyyat vasitəsinin yük yerində olan paketlərdə və idman çantasında Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan, 5740 ədəd "Marlboro", 1560 ədəd "Marlboro Gold" və 4400 ədəd "Parliament" markalı siqaretlər aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.