Mirzayev&Partners
    20 İyul
    Baku
    23°

Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun Apellyasiya Şurası yaradılıb

Prezident İlham Əliyevin “Dövlətə məxsus olan hüquqi şəxslərdə Apellyasiya Şuralarının yaradılması haqqında” 6 may 2019-cu il tarixli fərmanına uyğun olaraq, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı şikayətlərin baxılması sahəsində şəffaflığın, operativliyin və obyektivliyin təmin edilməsi, bu sahədə onların hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədi Azərbaycan Əmanətlərin Sığortalanması Fondunda (ADIF) Apellyasiya Şurası yaradılıb.

E-huquq.az xəbər verir ki, bu barədə Fond məlumat yayıb.

Bildirilib ki, Apellasiya Şurasına şikayətlər qurumun inzibati binasının yerləşdiyi Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 16 ünvanında və yaxud [email protected] poçt ünvanında qəbul olunur (telefon: (012) 596 65 91/92/93, daxili: 44 44, 30 17).