Mirzayev&Partners
    22 İyul
    Baku
    23°

Avropa Ədalət Məhkəməsi Viktor Yanukoviçə tətbiq etdiyi sanksiyaları ləğv edib

Avropa Ədalət Məhkəməsi Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçə qarşı tətbiq etdiyi sanksiyaların ləğv olunması barədə qərar çıxarıb.

E-huquq.az xəbər verir ki, bu barədə Avropa Ədalət Məhkəməsinin saytında məlumat dərc olunub.

Məhkəməni qərarı V. Yanukoviçlə bərabər, onun oğlu Aleksandr Yanukoviç, Ukrayna Dövlət Vergi Xidmətinin sabiq rəhbəri Aleksandr Klimenko, baş nazirin sabiq müavini Sergey Arbuzov, sabiq baş prokuror Viktor Pşonka və onun oğlu Artyom Pşonka, prezident administrasiyasının sabiq rəhbəri Andrey Klyuyevi də əhatə edib.

Qeyd edək ki, bir neçə il əvvəl Avropa Ədalət Məhkəməsi Ukrayna büdcəsini mənimsəməkdə və insan haqlarını pozmaqda ittiham edilən V. Yanukoviçə və bir neçə şəxs barəsində iqtisadi sanksiya barədə qəbul edib.

Mənbə: APA