Mirzayev&Partners
    17 İyul
    Baku
    23°

Astarada yol tikintisinə 4,9 milyon manat ayrılıb

Prezident İlham Əliyev Astara rayonunun Ərçivan-Artupa-Səncərədi-Alaşa-Züngüləş avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

E-huquq.az-ın məlumatına görə, sərəncamla on beş min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Ərçivan-Artupa-Səncərədi-Alaşa-Züngüləş avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,9 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.